"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "qırmızı şeytanlar"ın forvardı Meyson Qrinvuda məsləhət verib.
Fanat.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, hazırda MLS təmsilçisi "Di-Si-Yunayted"i çalışdıran Runi Meysonun MY-dən getməli olduğunu deyib:
"Meysonun vəziyyəti dolaşıqdır. Əminəm ki, o, yalnız futbol oynamaq istəyir. Mürəkkəb durumdur. Həm klub, həm öz imici, həm də digər aspektlərdən yanaşsaq, mövcud vəziyyət ürəkaçan deyil. Uzun müddətdir ki, meydana çıxmır. Qrinvud "Mançester Yunayted"dən getməli, karyerasını başqa yerdə inkişaf etdirməlidir".
Xatırladaq ki, sevgilisini zorlamaqda, ona bədən xəsarətləri yetirərək ölümlə hədələmədə şübhəli bilinən və nəzarətə götürülən 21 yaşlı futbolçu 2022-ci ilin oktyabrında zaminə buraxılıb. Onunla müqaviləni həmin ilin fevralında ləğv edən "Mançester Yunayted" isə indiyədək baş verən hadisə ilə bağlı daxili araşdırmaları davam etdirir.
Nihat