Niderlandın AZ klubunun və Macarıstan millisinin 19 yaşlı futbolçusu Miloş Kerkez karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən Fabritsio Romano yayıb.
Xəbərə görə, hazırda İngiltərədə olan Kerkez tibbi müayinədən keçəndən sonra "Bornmut"la müqavilə imzalayacaq. Mənbə "Bornmut"un bu keçid üçün Niderland təmsilçisinə 15,5 milyon avro ödəyəcəyini vurğulayıb.
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Miloş ötən ilin sentyabrında Macarıstanın əsas millisində debüt edib.
Nihat