İngiltərə Çempionşip klubu "Lids" ilk yay transferini həyata keçirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İtan Ampadu komandaya yeni qoşulub.
Son vaxtlar daha çox müdafiəçi kimi çıxış edən uelsli yarımmüdafiəçi tam hüquqlu əsasla keçib. "Çelsi" oyunçusu üçün təxminən 7 milyon funt-sterlinq alacaq.
Tərəflər arasında 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, hələ nömrə seçməyib.
Ampadu 2017-ci ildə 2,8 milyon avroya "Çelsi"yə keçib. O vaxtdan bəri o, "zadəganlar"ın əsas komandasında 12 oyuna çıxıb. O, son 6 il ərzində "Leyptsiq", "Şeffild Yunayted", "Venetsia", "Spetsia" klublarında çox vaxt icarə əsasında top qovub.
Mirağa