"Mançester Siti" "Əl-Əhli"dən təklif alan Riyad Mahrezin Səudiyyə Ərəbistanına gedə biləcəyini nəzərə alaraq, ona potensial əvəzləyici axtarır.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in əsas namizədi "Barselona"nın hücumameylli oyunçusu Rafinyadır.
Məlumatı jurnalist Santi Auna yayıb. Xəbərə görə, Premyer Liqa klubunun nümayəndələri artıq 26 yaşlı futbolçunun da agenti olan "blauqranas"ın skautu Deku ilə görüşərək Rafinyanın mümkün transferini müzakirə ediblər.
“Barselona” ötən mövsüm bütün turnirlərdə 50 matça çıxan, 10 qol vuran və 12 məhsuldar ötürmə verən futbolçusu üçün istənilən təklifi dinləməyə hazırdır.
Rafinyaya Səudiyyə Ərəbistanı klublarından da təkliflərin olduğu bildirilir.
Mirağa