"Bayer Leverkuzen"in fransalı hücumçusu Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Aston Villa"nın da israrla istədiyi Mussa "Əl-Nəsr" klubundan yeni təklif alıb. Mənbə bu təklifin sözügedən forvardın fikrini dəyişə biləcəyini vurğulayıb.
Diabi son mövsümdə "Bayer" forması ilə bütün turnirlərdə 48 matça çıxaraq 14 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 38 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldu bu ilin yanvarından "Əl-Nəsr"də çıxış edir.
Nihat