"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker karyerasını Almaniyada davam etdirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, o, Bundesliqa nəhəngi “Bayern”ə qoşulmaq arzusunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya bildirib. Münhenlilər hələ rəsmi təklif təqdim etməyiblər, lakin onlar yaxın vaxtlarda başlanğıc təkliflərini verməyə hazırlaşırlar. Uokerlə müqavilənin əsas şərtləri artıq razılaşdırılıb və bu, ona 2025-ci ilə qədər komandada daha bir mövsüm uzadılma ehtimalı ilə qalmağa imkan verəcək. Üstəlik, məlumata görə, "Bayern" anlaşmanın bir hissəsi kimi, "Mançester Siti"yə Benjamin Pavarı təklif etməyi düşünür.
Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" son mövsümü "qızıl het-trik"lə başa vurub. "Şəhərlilər" həm İPL-in çempionu, həm İngiltərə Kubokunun sahibi, həm də Çempionlar Liqasının qalibi olub. Avropanın 1 nömrəli turnirinin finalında "İnter"i (1:0) məğlub edən "Mançester Siti" qitənin ən gücü klubu adını qazanıb.
Mirağa