Yeni Zelandiyada təşkil olunan qadınlar arasında dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, Oklenddə keçirilən mundialın açılış oyununda meydan sahibi ölkə ilə Norveç yığması üz-üzə gəlib.
Doğma divarlara baxmayaraq, matçın autsayderi hesab olunan Yeni Zelandiya komandası sensasion nəticəyə imza ataraq 1:0 hesabı ilə qalib gəlib. Görüşdə yeganə qolu 48-ci dəqiqədə Uilkinson vurub. 90-cı dəqiqədə isə zellandiyalıların futbolçusu Persival penaltini dəqiq yerinə yetirə bilməyib.
Yeni Zellandiya bundan əvvəl dünya çempionatlarında 15 matç keçirsələr də, heç vaxt qalib gəlməmişdilər. Norveç yığması isə dünya çempionu (1995) və vitse-çempionudur (1991), 2007-ci ildə isə üçüncü yer uğrunda görüşdə məğlub olaraq medal şansından məhrum olub.
Mirağa