"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "qırmızı şeytanlar"ın forvardı Markus Raşfordun Kilian Mbappe və Erlinq Holand səviyyəsinə necə çata biləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Runi bugünlərdə MY ilə 5 illik müqavilə bağlayan Markus barədə fikirlərini "Daily Mail"ə bölüşüb.
"Markus Raşford qeyri-adi istedada malik oyunçudur. Yeni müqaviləyə imza atdığı üşün şadam. Qarşıdakı 5 il onun üçün çox önəmlidir. Raşford Mbappe və Holand səviyyəsinə yüksəlmək üçün daha çox vurmalıdır. O, hər şeydən öncə "Mançester Yunayted"ə kömək etmək istəyən insan olmalıdır. Ümidvaram ki, o, komandanın hədəflərinə çatmasına yardım edə biləcək".
Qeyd edək ki, 25 yaşlı Raşford 2016-cı ildən MY-nin əsas komandasında çıxış edir.
Nihat