“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq Marsel “Olimpik”inə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
İngiltərə nəhəngindən azad agent kimi ayrılan 34 yaşlı forvard yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Obameyanq ötən ildən formasını geyindiyi London təmsilçisində 21 oyun keçirərək, cəmi 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qabonlu hücumçu karyerası ərzində “Borussiya Dortmund", “Arsenal”, “Sent Etyen”, “Dijon”, “Milan”, “Lill”, “Barselona”, “Monako” kimi klublarda da oynayıb. O, ölkəsinin yığma komandasında 74 oyuna çıxaraq 30 qol vurub.
Mirağa