Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu Samuel Umtiti karyerasını ölkəsində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 29 yaşlı müdafiəçi "Lill"ə keçib.
Liqa 1 klubu rəsmi saytı vasitəsilə Umtiti ilə 2 illik müqavilə imzaladığını açıqlayıb. O, "Lill"də 14 nömrəli forma ilə çıxış edəcək.
Umtiti iyunun sonunda 2016-cı ildən oyunçusu olduğu "Barselona" ilə müqaviləni ləğv edib.
Fransız futbolçu 2022/23 mövsümünü icarə əsasında "Lill"də keçirib, 25 matçda iştirak edib. Bu dəfə isə o, sözügedən kluba azad agent kimi yollanaraq daimi əsasda çıxış edəcək.
Umtitinin Fransa millisində 31 oyun keçirib və 4 qolu var.
Mirağa