Türkiyənin “Qalatasaray” klubu heyətinə 2 yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi hücumçu Sedrik Bakambu və yarımmüdafiəçi Vilfrid Zahanı transfer edib.
Bakambu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan 700 min avroya transfer olunub. Konqodan olan 32 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
“Əl-Nəsr”ə bu ayın əvvəlində Yunanıstanın “Olimpiakos” klubundan azad agent kimi keçmiş futbolçu bu komandanı debüt matçına çıxmadan tərk edib.
“Kristal Pelas”dan bu yay ayrılan Zaha isə Türkiyənin son çempionuna azad agent kimi keçib. Onunla müqavilənin detalları hələ açıqlamayıb.
“Kristal Pelas”ın yetirməsi olan 30 yaşlı vinger müəyyən fasilələrlə bu komandada 458 oyuna çıxıb, 90 qol vurub.
Əvəzində “Qalatasaray” mərkəz müdafiəçisi Matias Rossu Niderlandın “Neymegen” klubuna icarəyə verib. 22 yaşlı stoper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Niderland klubu bir illik icarə üçün İstanbul təmsilçisinə 250 min avro ödəyəcək. Ötən ilin yayından “Qalatasaray”da olan gənc müdafiəçi bu komandada cəmi 2 matça çıxıb.
Mirağa