Serbiya millisinin hücumçusu Aleksandr Mitroviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Əl-Hilal" Mitroviçin klubu "Fulhem" ilə ilkin razılığa gəlib. Mənbə forvardın özünün də Səudiyyə Ərəbistanına yollanmağı arzuladığını və İngiltərə təmsilçisinin rəhbərliyindən transferi mümkün qədər tez reallaşdırmağı xahiş etdiyini bildirib.
2022/2023 mövsümündə "Fulhem" forması ilə bütün turnirlərdə 28 matça çıxan Mitroviç 15 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun "bağbanlar"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat