"Flamenqo" yarımmüdafiəçi Vendelin transferi üçün "Zenit"ə rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı "Globo Esporte" yayıb.
Xəbərə görə, "Flamenqo" ruslara 13 milyon avro təklif edib. Mənbə "qırmızı-qaralar"ın bu məbləği artırmağa da hazır olduqlarını vurğulayıb. Braziliya təmsilçisinin artıq futbolçunun özü ilə şəxsi müqavilənin detalları barədə razılığa gəldiyi diqqətə çatdırılıb.
Nihat