"Liverpul"un kapitanı Cordan Henderson Səudiyyə ərəbistanı klubuna keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Hendersonun xidmətində maraqlı olan "Əl-İttifaq" bu gün "Liverpul"la razılığa gəlib. Mənbə sözügedən oyunçunun yaxın günlərdə "Liverpul"un əfsanəsi Stiven Cerrardın çalışdırdığı komandaya qoşulacağını vurğulayıb.
Qeyd edək ki, 33 yaşlı Henderson ötən mövsüm İngiltərə Premyer Liqasında 35 matça çıxaraq 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat