PSJ-nin istirahət zamanı atdan yıxılaraq ağır kəllə-beyin travması alan və 19 gün komada qalan qapıçısı Serxio Rikodan yeni xəbər var.
Fanat.Az-ın məlumatına görə, bu barədə son informasiyanı "Marca" qəzeti yayıb.
29 yaşlı qolkiperin reanimasiyadan çıxdığı və artıq danışa bildiyi diqqətə çatdırılıb. Mənbə Riko ilə işləyən nevroloqun söylədiklərinə əsasən, onun tam sağalmaq, yaşıl meydanlara qayıtmaq ehtimalının yüksək olduğunu vurğulayıb. Sözügedən futbolçunun hazırda Sevilyadakı xəstəxanaların birində müalicəsini davam etdirdiyi bildirilib.
Nihat