"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS+MX Liqaları Kuboku çərçivəsində evdə "Atlanta Yunayted"ə qarşı keçirdikləri oyunda (4:0) iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, argentinalı superulduz vurduğu qollardan birini kreativ şəkildə bayram edib.
O, komandanın həmsahibi Devid Bekhemin olduğu tribunaya yaxınlaşaraq ona "pivəni götür" jesti göstərib. Bekhem Leonun bu jestini təbəssümlə qarşılayıb.