"Zenit"in hücumçusu Malkom Parisdə tibbi müayinədən keçib.
Fanat.Az xəbər verir ki, məlumatı "Foot Mercato"nun jurnalisti Dabia Xattabi şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, 26 yaşlı braziliyalı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə 3 illik müqavilə bağlayacaq.
Daha öncə "Zenit"in baş direktoru Aleksandr Medvedev bu keçidin ərəblərə 60 milyon avroya başa gələcəyini açıqlamışdı.
Qeyd edək ki, Malkom 2022/2023 mövsümündə "Zenit" forması ilə bütün turnirlərdə 33 matça çıxıb. Bu qarşılaşmalarda 26 qol vuran "sambaçı" geridə qalan "futbol ili"ndə Rusiya Premyer Liqasının bombardiri olub və çempionatın ən yaxşı oyunçusu adına yiyələnib.
Nihat