"Tottenhem"in müdafiəçisi Davinson Sançesin Moskva "Spartak"ına keçidi baş tutmayacaq.
Fanat.Az "Euro-football" saytına istinadən xəbər verir ki, ruslar 12 milyon avro və müxtəlif bonuslar fonunda bu keçidlə bağlı ingilislərlə razılığa gəlsələr də, Hotspur klubu fikrini dəyişib.
Xəbərə görə, İngiltərə Premyer Liqasının rəhbərliyinin Ukraynaya soxulan Rusiyanın klubları ilə iş görməmək tövsiyyəsini nəzərə alan "Tottenhem" bossları son anda Sançesi "Spartak"a satmaqdan imtina ediblər. Futbolçunun agenti Fernando Vilyarreal da artıq mövzunun qapandığını təsdiqləyib: "Bəli, artıq bu yöndə aparılan danışıqlar sona çatıb".
Nihat