"Ayaks"ın yarımmüdafiəçisi Mohamed Kudus karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Independent" yayıb.
Xəbərə görə, iki İngiltərə nəhəngi - "Çelsi" və "Arsenal" Qana millisinin üzvünü sıralarına cəlb etməyə çalışırlar. Mənbə "Ayaks"ın Mohamedi 46 milyona satmağı hədəflədiyini vurğulayıb. Hazırda "Çelsi"nin sözügedən futbolçunu heyətinə qatmağa daha yaxın olduğu bildirilib.
2022/2023 mövsümündə "Ayaks" forması ilə bütün turnirlərdə 42 matça çıxan Kudus 18 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Amsterdam təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Nihat