"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Alvaro Morata ilə bağlı rəhbərliyə müraciət edib.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Simeone klub bosslarına sözügedən forvardı heyətdə saxlamaq istədiyini və ona güvəndiyini deyib.
Daha öncə İtaliyanın "Roma" klubunun Moratanın xidmətində maraqlı olduğu, "canavarlar"ın yaxın günlərdə Madrid təmsilçisi ilə danışıq aparmağı planlaşdırdığı barədə informasiyalar yayılıb.
Qeyd edək ki, 2022/2023 mövsümündə Alvaro "Atletiko" forması ilə bütün turnirlərdə 45 matça çıxaraq 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti gələn ilin iyun ayında başa çatacaq.
Nihat