Niderland millisinin müdafiəçisi Matteys de Liqt "Bayern Münhen"də keçirdiyi ilk mövsümü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sport1" onun dediklərini belə çatdırıb:
"Özümə çıxaqla 4 verərdim. Çünki biz komanda olaraq nəyə qadir olduğumuzu tam şəkildə göstərə bilmədik. Təbii ki, mən də komandanın bir parçasıyam. "Bayern"də çox şey öyrəndim. Həm oyunçu, həm də şəxsiyyət kimi böyüdüm. Daha yaxşı ola bilərəm. Hələ üzərində işləməli olduğum çox şey var. "Bayern"in hədəfi yalnız titul qazanmaq deyil.
Müdafiə planında "artırmalıyam". Eyni zamanda standart vəziyyətlərdən qol vurmaq bacarıqlarımı yaxşılaşdıra bilərəm. Məşqlərdə bunun üzərində xüsusi işləyirəm. Başla oyun baxımından da yeni səviyyəyə çatmağı hədəfləmişəm".
Qeyd edək ki, de Liqt "Bayern"ə ötən yay "Yuventus"dan keçib. Geridə qalan mövsümdə Münhen klubunun forması ilə ümumilikdə 43 matça çıxan arxa xətt oyunçusu 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat