Moskva "Spartak"ı "Verona"nın və İsveç millisinin müdafiəçisi İsak Hinə təklif göndərib.
Fanat.Az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, ruslar ötən həftə 24 yaşlı futbolçu ilə əlaqə saxlayıblar.
Xəbərə görə, İsak karyerasını A Seriyasında davam etdirməkdə maraqlı olduğunu bildirərək "Spartak"ın təklifini geri çevirib.
Qeyd edək ki, "Verona" sözügedən futbolçunu ötən ilin avqustunda, 3,2 milyon avro qarşılığında "Yurqorden"dən transfer edib.
Nihat