Bu gün Milan "İnter"i PSJ ilə yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, görüş Yaponiyanın paytaxtı Tokioda reallaşıb.
Hesabı qarşılaşmanın 63 dəqiqəsində parislilər açıb. Vitinyanın qoluna 81-ci dəqiqədə Sebastyano Espozito ilə cavab verən A Seriyası təmsilçisi az keçməmiş qələbə qoluna sevinib. Matçın 83-cü dəqiqəsində Stefano Sensi adını tabloya yazdırıb və komandasına 2:1 hesablı qələbə qazandırıb.
Xatırladaq ki, PSJ-nin ulduzu Kilian Mbappe Yaponiya toplanışına aparılmayıb.
Nihat