Qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün 3-cü turu çərçivəsində D qrupunda yer alan Haiti və Danimarka milliləri qarşılaşıblar.
Fanat.Az xəbər verir ki, "Pert Rektanqular" stadionunda (Pert, Avstraliya) baş tutan görüşdə Danimarka yığması 2:0 hesablı qələbə qazanıb.
Hesabı matçın 21-ci dəqiqəsində penaltidən Pernille Harder açıb. Oyunda son nöqtəni isə 90+10-cu dəqiqədə fərqlənən Son Troelsqor qoyub.
Beləliklə, xal hesabını 6-ya çatdıran Danimarka pley-offa yüksələn növbəti komanda olub. Xal toplaya bilməyən Haiti isə qrupda qalıb.
Xatırladaq ki, DÇ-2023 Yeni Zelandiya və Avstraliyada keçirilir. İyulun 20-də start götürən mündial avqustun 20-nə qədər davam edəcək. Turnirin son qalibi ABŞ millisidir.
Nihat