Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan “Panatinaikos”u ilə qarşılaşan Ukraynanın “Dnepr-1” komandasının başına xoşagəlməz hadisə gəlib.
Fanat.Az "Tribuna"ya istinadən xəbər verir ki, ukraynalı futbolçular cavab oyunu öncəsi kütləvi şəkildə zəhərləniblər.
Qarşılaşma avqustun 1-də Afinada baş tutub və 2:2 hesabı ilə heç-heçə başa çatıb. "Panatinaikos" ilk oyunda 3:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
“Dnepr-1”in baş məşqçisi Aleksandr Kuçer oyunsonrası mətbuat konfransında bu barədə deyib: “Dünən gecə klubun heyətindən səkkiz futbolçu və yeddi işçi eyni anda zəhərlənib. Bütün gecəni yatmadılar. Bəziləri hələ də paltardəyişmə otağında özlərini pis hiss edirdilər və ikinci hissəyə bu vəziyyətdə çıxdılar. Üstəlik, ikinci hissədə əvəzlədiyimiz müdafiəçi də özünü pis hiss edirdi. Artıq oynaya bilmirdi. Bu gün meydanda zəhərlənən çoxlu futbolçu var idi”.
Mənbə klubun məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət edəcəyini bildirib: "Afinadakı sonuncu məşqdən sonra futbolçular ev sahibinin soyunub-geyinmə otağında hazırladığı içməli su və meyvə şirələrindən içiblər. Gecə komandanın yarısı zəhərlənmə əlamətləri hiss edib. Belədə "Dnepr-1" oyuna yaxşı hazırlaşa bilməyib. Klub UEFA-ya şikayət edəcək".
"Panatinaikos" isə "Dnepr-1"in futbolçularının zəhərlənməsi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.
Mirağa