PSJ klubunun daha bir ulduz futbolçusu bu yay "Park des Princes"i tərk edəcək.
Fanat.Az xəbər verir ki, söhbət braziliyalı hücumçu Neymardan gedir.
İnformasiyanı insayder, Qətər şeyxi Mabhout Al-Marri yayıb.
Lionel Messinin PSJ-dən "İnter Mayami"yə transferi ilə bağlı da ilk dəfə sosial şəbəkədə məlumat verərək özünü etibarlı mənbə kimi tanıdan insayder Neymar 2017-ci ildə ayrıldığı "Barselona"ya qayıdacaq. Əl-Marrinin PSJ və "Barselona"ya rəsmilərinə yaxınlığı, eləcə də Kataloniya klubunun prezidenti Joan Laporta ilə dostluğu məlumatın etibarlığına şübhə yeri qoymur.
Həmçinin diqqətçəkən məqam odur ki, Neymar ötən gün "Instagram"dakı profilindən PSJ-nin futbolçusu olması ilə bağlı məlumatı silib.
Mirağa