"Liverpul"un hücumçusu Məhəmməd Salahın agenti Rami Abbas İssa müştərisinin klubdan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, şəxsi "Twitter" hesabında misirli futbolçunun karyerası ilə bağlı qərarına aydınlıq gətirib:
"Salah yaxın gələcəkdə komanda dəyişmək fikrində deyil. Bu il "Liverpul"dan ayrılmağı düşünsəydik, keçən yay müqaviləni yeniləməzdik. Məhəmməd "Liverpul"a sadiq qalır".
Qeyd edək ki, İngiltərə mətbuatı Salahın 60 milyon avroya Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yaymışdı. Misirlinin özünə iki mövsüm üçün 180 milyon avro təklif edildiyi iddia edilirdi.
Salah son mövsümdə "Liverpul" forması ilə 38 çempionat matçına çıxaraq 19 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızılar"la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Mirağa