"Valensiya"nın mərkəz müdafiəçisi Fakundo Qonsales karyerasını "Yuventus"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Turin klubu sosial şəbəkə hesabında məlumat yayıb.
Futbolçu artıq müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçib. Uruqvaylı oyunçu ilə anlaşmanın digər təfərrüatları açıqlanmır.
Tanınmış insayder Fabritsio Romano isə bu keçidin "Yuventus"a 2-3 milyon avroya başa gələcəyini bildirib.
20 yaşlı uruqvaylı Qonsales “Espanyol” və “Valensiya”nın gənclər komandalarında çıxış edib.
Mirağa