Donetsk "Şaxtyor"unun qapıçısı Anatoli Trubin karyerasını Portuqaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, sözügedən qolkiper "Benfika"ya keçir. Mənbə "qartallar"ın Ukrayna təmsilçisinə 10 milyon + 1 milyon avro ödəyəcəyini vurğulayıb. Trubin "Benfika" tərəfindən gələcəkdə başqa kluba satılacağı halda, məbləğin 40 faizinin "Şaxtyor"a çatacağı bildirilib. Futbolçunun hazırda Lissabonda tibbi müayinədən keçdiyi də diqqətə çatdırılıb.
Nahid Məmmədov