"Roma"nın baş məşqçisi Joze Mourinyu iki Səudiyyə Ərəbistanı klubundan təklif aldığını etiraf edib.
Fanat.Az xəbər verir ki, "La Gazetta dello Sport" portuqaliyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Əl-Hilal" və "Əl-Əhli"dən təklif var idi. Amma hər ikisinin təklifini düşünmədən geri çevirdim. Əlbəttə, bir tərəfdən özümü Budapeştdə futbolçularıma, "Spetsiya" ilə oyundan sonra isə azarkeşlərə verdiyim sözün əsiri saydım. Amma təklifləri yalnız buna görə rədd etdiyimi soruşmaq istəyirsinizsə, xeyr, səbəb yalnız bu deyildi".
Nihat