“Real Betis”in yarımmüdafiəçisi Vilyam Karvalyu “Sevilya” ilə yoldaşlıq görüşündə (1:0) xəsarət alıb.
Fanat.Az xəbər verir ki, onun avqustun 11-də start götürəcək La Liqanın 1-ci turunda “Betis”ə kömək edə bilməyəcəyi dəqiqləşib.
İlkin müayinələrə əsasən, portuqaliyalı oyunçu təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, “Betis” 2022/2023 mövsümündə İspaniya çempionatını 6-cı pillədə başa vurub.