"Real Madrid"dən ayrılandan sonra klubsuz qalan Eden Hazar çətin vəziyyətə düşüb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, belçikalı hücumçu karyerasını bitirmək üzrədir.
Mənbə azad agent statusu daşıyan 32 yaşlı hücumçunun yalnız bir klubdan - Belçikanın aşağı liqa təmsilçisi "Vesterlo"dan təklif aldığını vurğulayıb. Xəbərə görə, MLS və Səudiyyə Ərəbistanı təmsilçilərinin də maraqlanmadığı ön xətt oyunçusu artıq butslarını mıxdan asmaq barədə düşünür.
Qeyd edək ki, Hazar ötən mövsüm "Real" forması ilə bütün turnirlərdə 10 oyuna çıxaraq 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat