İtaliya çempionu “Napoli” növbəti transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, Neapol klubu “Braqantino”nun braziliyalı mərkəz müdafiəçisi Natanı heyətinə qatıb.
22 yaşlı futbolçu ilə 5 illik müqaviləyə imza atıb. “Napoli” bu transfer müqabilində “Braqantino”ya 10 milyon avro ödəyəcək.
Müdafiəçi “Braqantino”ya qədər “Flamenqo”da da çıxış edib.