"Qalatasaray" braziliyalı vingerlə güclənir
Fanat.Az xəbər verir ki, bu, 23 yaşlı Tetedir.
Məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə tərəflərin ortaq məxrəcə gəlməyə çox yaxın olduğunu, futbolçunun özünün artıq "Qalatasaray"la şəxsi müqavilənin bütün şərtlərini razılaşdırdığını vurğulayıb. Donetsk "Şaxtyor"u ilə müqaviləsinin müddəti bu ilin dekabrına qədər nəzərdə tutulan "sambaçı"nın Türkiyə təmsilçisinə azad agent qismində qoşulmaq üçün ukraynalılarla ortaq məxrəcə gəldiyi bildirilib.
Ötən mövsümün ikinci yarısını icarə əsasında "Lester Siti"də keçirən Tete bu komandada 16 oyuna çıxaraq 1 qol vurub.
Nahid Məmmədov