“İnter Mayami” klubu qapıçı Nik Marsmanla müqaviləyə xitam verdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, klubun bu qərarının səbəbləri açıqlanmasa da, bir neçə həftə əvvəl niderlandlı qolkiper Lionel Messinin transferinin doğru addım olmadığına eyham vurmuşdu:
“Şəxsən mən klubun Messiyə hazır olduğunu düşünmürəm. Müvəqqəti stadionumuz var, insanlar qazonda gəzə bilir, darvazalar yoxdur. Stadionu mühafizəsiz tərk edirik. Düşünürəm ki, infrastrukturumuz Messinin gəlişinə hazır deyil”.
Messi bu yay PSJ-dən azad agent qismində ayrılaraq “İnter Mayami”yə keçib.