“Vulverhempton” klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı “canavarlar"ın mətbuat xidməti yayıb.
Ötən gün Xulen Lopeteqini istefaya göndərən Premyeyr Liqa klubu Qari O'Nillə anlaşdığını açıqlayıb. 40 yaşlı ingilis mütəxəssislə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start götürəcək. “Vulverhempton” ilk oyununu ayın 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.
Mirağa