PSJ Fransa millisinin hücumçusu Randal Kolo Muaninin transferinə can atır.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, parislilər "Ayntraxt Frankfurt"un hücumçusunun keçidi üçün iki futbolçu verməyə hazırdır.
24 yaşlı futbolçuyya görə almanların istədiyi 80 milyon avronu ödəməkdə çətinlik çəkən PSJ qarşı tərəfə Renatu Sançeş və Uqo Ekitikeni verməyə hazırdır.
Kolo Muani ötən mövsüm meydana çıxdığı 46 matçda 23 qol vurub və 17 məhsuldar ötürmə edib.
Mirağa