"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi Turin klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu sosial şəbəkə hesabında turinli azarkeşlərə ünvanlanmış vida paylaşımı edib.
“Burada çox şey öyrəndim, xəyallar qurdum və onlara çatmaq üçün mübarizə apardım. Bəlkə də düşündüyümdən daha çox şeyə nail oldum. Bu gün hələ də ev dediyim yerdə gördüklərim mənə sevgi və hörmətin məcburi məhdudiyyətləri nə qədər aşa biləcəyini öyrətdi. İlk gündən bu günə qədər məni dəstəkləyən bütün "Yuventus"lulara təşəkkür edirəm!”.
Bonuççi 2010-2017-ci illərdə "Yuventus"da çıxış edib, bundan sonra bir mövsüm "Milan"da keçirdikdən sonra yenidən Turin klubuna qayıdıb. İtalyan futbolçu "byankonerilər"in heyətində ümumilikdə 502 oyun keçirib, 37 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mirağa