"Bayern Münhen"in və Fransa millisinin müdafiəçisi Benjamin Pavar "Mançester Yunayted"ə keçməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romanov yayıb.
Mənbənin məlumatına görə, Pavard Premyer Liqa klubuna keçməkdə maraqlıdır. Fransız oyunçu, "Vest Hem"ə getməyə yaxın olan Harri Maquayrı əvəz edə bilər.
Benjamin 2019-cu ilin iyulundan "Bayern"də çıxış edir. Ötən mövsüm o, Münhen təmsilçisində 43 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
27 yaşlı müdafiəçinin alman klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 3-cü pillədə başa vuraraq, Liqa Kubokunu qazanıb. Premyer Liqanın yeni mövsümünün ilk turunda “qırmızı şeytanlar” avqustun 14-də “Vulverhempton”la qarşılaşacaq.
Mirağa