İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn "Bayern Münhen"in düşərgəsinə yollanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, təcrübəli forvard tibbi müayinədən keçmək üçün icazə alıb. London klubunun rəhbərliyi 30 yaşlı hücumçuya icazə verib. Hazırda Almaniya tərəfi transferin son detalları üzərində işləyir.
Sövdələşmənin məbləği təxminən 100 milyon avro təşkil edəcək.
Harri Keyn ötən mövsüm "Tottenhem"in heyətində 49 oyuna çıxıb və bu görüşlərdə 32 qol vurub. Onun hotspurlularla müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.
Mirağa