"Aston Villa"nın baş məşqçisi Unai Emeri "Qalatasaray"ın italiyalı yarımmüdafiəçisi Nikolo Dzanyolo ilə maraqlandıqlarını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Emerinin dediklərini şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Nikolo maraq dairəmizdə olan futbolçulardan biridir, amma başqa oyunçular da var. Hazırda komandaya kimin qoşulacağı dəqiqləşməyib".
Qeyd edək ki, Dzanyolo "Qalatasaray"a bu ilin fevralında "Roma"dan transfer olunub. Onun İstanbul təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Orta xətt oyunçusunun sözləşməsindəki təzminat məbləği 35 milyon avrodur.
Nihat