Dünyanın bir nömrəli futbol çempionatı olan İngiltərə Premyer Liqası bu mövsüm də Azərbaycanda canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, AzTV oyunlarının yayım hüququnu əldə edib.
Qarşıdakı mövsümün oyunları “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. Bu barədə məlumatı kanalın direktoru Rövşən Binnətli sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, ötən mövsüm İPL-in oyunlarını İTV yayımlayırdı.