Almaniya təmsilçisi "Volfsburq" axtrdığı müdafiəçini A seriasında tapıb.
Fanat.Az xəbər verir ki, "Atalanta"nın müdafiəçisi Yoakim Male Bundesliqa klubuna keçməyə yaxındır.
İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Onun məlumatına görə, "canavarlar" bu keçidə görə Berqamo təmsilçisinə 13 milyon avro ödəyəcək.
2021-ci ildən "Atalanta"nın uğurları üçün çalışan Yoakim Male İtaliya klubunda 80 oyun keçirib və 4 dəfə fərqlənməyi bacarıb.
Nahid Məmmədov