"Mançester Siti"nin hücumçusu Erlinq Holand İPL-in 1-ci turu çərçivəsində "Börnli"yə qarşı keçirdikləri oyunun (3:0) fasiləsində baş məşqçi Xosep Qvardiolanın ona yaxınlaşaraq əsəbi şəkildə irad bildirməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" norveçli ulduzun dediklərini belə çatdırıb:
"Qvardiola ilə Bernardu mənə ötürmə vermədiyi epizoda görə insident yaşadıq. Tez-tez pas istədiyim üçün Pep mənə bir qədər hirslənmişdi. Hamı görür ki, oyunumu inkişaf etdirirəm. Hər gün bütün gücümlə çalışıram. Peplə işləməkdən həzz alıram. İnanmıram ki, gənc oyunçu üçün ondan daha yaxşısı olsun. İşləməyə davam etməli, istirahətimə fikir verməli və neqativ şeylər haqda düşünməməliyəm".
Qeyd edək ki, Holanda yaxınlaşaraq yüksək səslə danışan Pep onun danışığını qeydə alan operatorun kamerasını da əli ilə kənara itələyib.
Nihat