"Barselona" bu yay "Mançester Siti"dən ayrılaraq azad agent qismində sıralarına qoşulan İlkay Gündoğanı yeni mövsüm üçün sifariş edib.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin türk futbolçusu Kataloniya klubunda 22 nömrəli formanı geyinəcək.
32 yaşlı Gündoğan "Barsa" ilə 2+1 illik müqavilə bağlayıb.
2016-2023-cü illər aralığında "Mançester Siti"nin uğurları üçün çalışan İlkay bnadək 5 il Dortmund "Borussiya"sında top qovub.
Nihat