Kamerun və Rusiya yığma komandaları arasında yoldaşlıq görüşü keçiriləbilər.
Fanat.Az xəbər verir ki, Kamerun Futbol Federasiyasının baş katibi Blez Junan "Sport24"-ə açıqlamasında oyunun keçirilməsi ehtimalını şərh edərkən ölkəsinin şərtlərini çatdırıb.
“Gələcəkdə Kamerun və Rusiya yığmaları arasında oyun keçirmək olar. Ruslardan təklif gəlsə, biz oynamağa hazırıq. Təbii ki, onlar bu görüşün təşkili üçün müəyyən məbləğ ödəməyə hazırdırlarsa. Onda Federasiyamız mütləq razılığa gələcək”.
Rusiya yığması ötən ilin fevralında Ukraynaya hücuma görə FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Mirağa