UEFA Superkuboku uğrunda matçda "Sevilya"nı məğlub edən "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu qələbə sayəsində rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis bu titulu 3 fərqli komanda ilə qazanmış yeganə mütəxəssisdir.
O, daha öncə "Barselona" və "Bayern Münhen"in baş məqşçisi qismində də UEFA Superkubokunun qalibi olub.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə bitib. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən İngiltərə təmsilçisi (5:4) istəyinə çatıb.
Nihat