"Əl-Hilal"ın ulduzu Neymar zədə səbəbindən komandasının qarşıdakı oyunlarında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Jorje Jezuş açıqlama ilə çıxış edib.
“Neymar bizə zədə ilə gəldi. Onun əzələsində problemlər var. Nə vaxt sağalacağını və oynamağa hazır olacağını hələ bilmirəm. O, Braziliya millisinə getməməlidir. İndi reabilitasiya kursu nəzərdə tutulub".
Neymar bu həftənin əvvəlində "Əl-Hilal"a keçib. 31 yaşlı braziliyalı Səudiyyə klubu ilə iki illik müqavilə bağlayıb. Onun transfer məbləği 90 milyon avro olub.
Mirağa