"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İspaniya qadın millisinin üzvü Aytana Bonmati haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" kataloniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Mən Bonmatiyə sərgilədiyi oyuna görə vurğunam. Kişi futbolundan onu Andres İnyesta ilə müqayisə edərdim. “Barselona”nın hazırkı komandası qadın futboluna böyük təsir göstərib”.
Xatırladaq ki, İspaniya millisi qadınlar arasında dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə ispanlar İngiltərə millisi ilə üz-üzə gələcək. Oyun bu gün - avqustun 20-də baş tutacaq.
Mirağa