La Liqanın açılış turunda Bilbao "Atletik"inin qapısına yol tapan (2:0) "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem 2-ci tur çərçivəsində keçirilən "Almeriya" ilə matçda (3:1) 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçu Kriştianu Ronaldudan sonra La Liqa çərçivəsində çıxdığı ilk 2 oyunda qol vurmağı bacaran ilk oyunçu olub.
Portuqaliyalı ulduz bu nəticəni 2009-cu ildə reallaşdırmışdı. Həmin vaxt "7 nömrə" ardıcıl 4 çempinat qarşılaşmasında fərqlənmişdi.
Qeyd edək ki, Bellingem "Real"a bu yay, 103 milyon avro qarşılığında Dortmund "Borussiya"sından keçib.
Nihat